Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bu ilin yanvar ayı ərzində həyatın ölüm halından sığortası növü üzrə 2 milyon 871 min manat sığorta haqqı toplanıb.
Fins.az-ın Azərbaycan Mərkəzi Bankına(AMB) istinadən verdiyi xəbərə görə, həyatın ölüm halından sığortası üzrə yığımlar ötən ilin eyni ayı ilə müqayisədə 25 min manat azalıb.
Cari ilin yanvar ayında bu sığorta növü üzrə şirkətlər 396 min manat ödəniş həyata keçiriblər ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 230 min manat azalıb.