SIĞORTA

25 Fevral

Ekspert: “Qarlı havada yol nəqliyyat hadisələrinin ekspertizası ilə bağlı DİN-də operativ qərargah yaradıla bilər”

Bu bir faktdır ki, qarlı hava sığorta şirkətləri üçün arzuolunmaz haldır. Belə günlərdə daha çox könüllü sığortası olanlar sevinirlər. Çünki daha çox vətəndaşlar öz əmlaklarına yəni avtomobillərinə və evlərinə dəyən ziyan üçün qayğılanırlar. 

Fins.az mövzu ilə bağlı sığorta eksperti İlkin İbrahimovun fikirlərini təqdim edir. 

Ekspert bildirir ki, icbari (məcburi) sığortası olanlar isə avtomobillərlə bağlı qarşı tərəfə vurduqları ziyanla bağlı daha rahat nəfəs ala bilirlər:

“Bu hal 5 min manata kimi dəyən ziyanla bağlıdır. Əgər qarşı tərəfə dəyən ziyan daha çoxdursa o zaman yenə də könüllü sığortanın olması arzuolunandır. Əmlak sığortalarında subasma halları ilə bağlı təminat daha çox ehtiyac olacaq sığorta xidmətlərindən olacaq. 

Ümumi olaraq sığorta məhsullarından bu gün üçün yararlanmağın vaxtıdır. Vətəndaşların sığortasının olması onların bu qarlı havanı daha rahat keçirməsinə zəmin yaradır”.

İ.İbrahimov qeyd edir ki, qarlı havada yol nəqliyyat hadisələri zamanı bir neçə avtomobilin iştirakı ilə baş verərsə, bu zaman araşdırma üçün müəyyən vaxta ehtiyac yaranır, elə bu vaxt itkisi də müəyyən narazııqlara gətirib çıxarır:

“Bu hallarla bağlı hesab edirəm ki, DİN-də operativ qərərgah yaradıla, hadisələrdə zərərçəkənin və zərərvuranın müəyyən olunması üçün tədbirlər görülə bilər. Eyni zamanda, bu hallarda ekspertizanın aparılması da müəyyən vaxt aparır. Uzanan vaxtlardan bəlkə də ən böyüyü ekspertizanın aparılmasında uzanan vaxtdır. Belə hallarla bağlı da tədbirlərin görülməsi daha yaxşı nəticələrə nail olmağa gətirib çıxarar”.

Tuncay Türbəndəzadə