SIĞORTA

25 Fevral

“AtaSığorta” ASC-nin kasko növü üzrə ödənişlərinin həcmi - 100 MİN MANATA ÇATIR

Azərbaycanın qeyri-həyat sığortası bazarının lokomativlərindən sayılan “AtaSığorta” şirkəti müştəri məmnuniyyəti səviyyəsinin daha da yüksəldilməsi istiqamətində apardığı işləri uğurla davam etdirir. Bu işlərin davamı olaraq şirkət baş vermiş sığorta hadisələri üzrə müştərilərə vaxtında və operativ qaydada ödənişlər həyata keçirir.

Şirkətin Biznesin İnkişafı Departamentindən verilən məlumata görə, sığorta hadisələrinə daim çevik reaksiya göstərən şirkət daha bir müştərisinə ödəniş edib. Belə ki, yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş müştəriyə nəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) növü üzrə 12 400 manat həcmində sığorta ödənişi verilib.

Xatırladaq ki, cari ilin əvvəlindən indiyədək “AtaSığorta” ASC tərəfindən nəqliyyat vasitələrinin könüllü sığortası üzrə müştərilərə ümumilikdə 100 min manata yaxın sığorta ödənişi verilib. Ödənişlər qanunvericiliyə uyğun olaraq operativ qaydada həll edilib.

Onu da qeyd edək ki, paytaxt Bakı və digər rayonlarda hava şəraitinin kəskin dəyişməsi, eləcə də yolların buz bağlaması nəticəsində sığorta hadisələrinin də sayı artmışdır.  Son iki gündə hadisələrlə bağlı “AtaSığorta” şirkətinin Çağrı Mərkəzinə edilən zənglərin sayı əvvəlki günlərdən fərqli olaraq daha çox olub.  

“AtaSığorta” şirkəti olaraq bildiririk ki, bütün hadisələr tərəfimizdən qeydə alınır və zərər çəkmiş hər bir müştərimizə qanunvericiliyə uyğun olaraq sığorta ödənişi həyata keçiriləcəkdir.

Hörmətli müştərilər, siz “AtaSığorta” şirkətinin təklif etdiyi kasko və digər sığorta məhsullarından yararlanmaqla qarlı və şaxtalı havada rahat hərəkət edə bilərsiniz. Çünki sizin əmlakınızın etibarlı sığortaçısı “AtaSığorta” şirkətidir.   

Azərbaycanda geniş filial şəbəkəsinə malik olan “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət müştərilərə 26 könüllü və 4 icbari növ üzrə sığorta xidmətləri təklif edir.