SIĞORTA

25 Fevral

Azərbaycanda ən çox sığorta ödənişləri edən şirkətlər - SİYAHI

Bu ilin yanvar ayında Azərbaycanda həyata keçirilmiş 56,841 milyon manat sığorta ödənişinin 52,95 milyon manatı və yaxud 93,2%-i 5 sığorta şirkətinin payına düşüb.

Həmin şirkətlər "PAŞA Həyat Sığorta" ASC (24,8 milyon manat), Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 15,517 milyon manat), eləcə də "PAŞA Sığorta" (7,482 milyon manat), "Atəşgah Həyat Sığorta" (3,645 milyon manat) və “Xalq Sığorta” (1,506 milyon manat)  ASC-lərdir.