SIĞORTA

18 Fevral

Sığortada ən çox zərər çəkən avtomobil markaları – SİYAHI

Azərbaycan Sığortaçılar Assosiasiyası 2020-ci ilin yekunlarına həsr etdiyi “İllik icmal” bülletenində avtomobil sığortası ilə bağlı maraqlı statistika yayımlayıb.

Fins.az xəbər verir ki, ASA-nın bülletenində ötən il ərzində baş vermiş qəzalarda ən çox zərər çəkmiş avtomobil markalarını və onların sayı açıqlanıb.

“İllik icmal”a görə, 2020-ci il ərzində ən çox zərər çəkən avtomobil markaları siyahısına 2187 dəfə qəzaya uğramaqla “Mercedes-Benz” markalı avtomobillər başçılıq edir. Siyahıda ikinci yerdə 3771 dəfə qəza ilə “VAZ”, 3-cü yerdə isə 1494 dəfə zərərçəkmə ilə “Hyundai” markalı avtomobillər qərarlaşıb.

Tuncay Türbəndəzadə