Azərbaycan Sığortaçılar Assosiasiyası 2020-ci ilin yekunlarına həsr etdiyi “İllik icmal” bülletenində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə bağlı statistika açıqlayıb.
Fins.az xəbər verir ki, ASA-nın bülletenində ötən il ərzində baş vermiş qəzalarda ən çox zərər vurmuş avtomobil markalarını və onların sayı açıqlanıb.
“İllik icmal”a görə, 2020-ci il ərzində ən çox zərər vuran avtomobil markaları siyahısına 3829 dəfə qəza törətməklə “VAZ” markalı avtomobillər başçılıq edir. Siyahıda ikinci yerdə 3771 dəfə zərərvurma ilə “Mercedes-Benz”, 3-cü yerdə isə 1494 dəfə zərərvurma ilə “Hyundai” markalı avtomobillər yer alır.
Tuncay Türbəndəzadə