SIĞORTA

17 Fevral

“AtaSığorta” ASC Kasko sığortası üzrə növbəti ödənişlərini – AÇIQLADI

Azərbaycan sığorta bazarına yeni məhsullar təqdim etməklə fərqlilik yaradan “AtaSığorta” şirkəti avtonəqliyyat vasitələrinin sığortası üzrə növbəti ödənişlərin həcmini açıqlayıb.

Şirkətin Biznesin İnkişafı Departamentindən verilən məlumata görə, Şirkət tərəfindən avtonəqliyyat vasitələrinin sığortası növü üzrə iki müştərisinə 7 670.20 manat və 7 085 manat həcmində sığorta ödənişi edilib. Cari ilin fevral ayından etibarən sığorta ödənişləri birdəfəlik kartlar vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, 2020-ci ilin 12 ayı ərzində “AtaSığorta” şirkəti tərəfindən ümumilikdə 8 700 000  manatdan artıq məbləğdə sığorta ödənişi  verilib.

“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır və inkişaf etdirir. “AtaSığorta” ASC müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir. AtaSığorta şirkəti 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir.

Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.