SIĞORTA

16 Fevral

"Atəşgah Sığorta"ya daxil olan şikayət necə həll edilir? - VİDEO

Azərbaycan Sığortaçılar Assosiasiyasının sığorta sahəsində cəmiyyətdə maarifləndirməni artırmaq məqsədilə keçirtdiyi layihə çərçivəsində baxılan müştəri müraciəti İcbari əmlak sığortası növü üzrə olub.

Layihə çərçivəsində müxtəlif sığorta şirkətləri ilə əməkdaşlıq edərək həmin şirkətlərin müştəriləri tərəfindən daxil olan şikayətləri araşdıraraq, səbəbləri və həll yollarını təqdim edib.

ASA-nın araşdığı şikayət "Atəşgah Sığorta" şirkəti tərəfindən sığortalanan, təbii fəlakətdən zərər çəkmiş əmlak ilə bağlıdır.

Baş verən sığorta hadisəsinin təfərrüatları və müştərinin müsahibəsi ilə videoçarxda tanış ola bilərsiniz.