İrina Sirenko Ukrayna Milli Bankının Qeyri-bank Maliyyə Xidmətləri Bazarına Nəzarət Departamentinin Sığorta Bazarına Nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Fins.az xəbər verir ki, bu barədə Sığortaçı məlumat yayıb.
O, qeyd olunan vəzifəyə təyin olunana qədər, sığortaçılara konsaltinq, risk menecmenti və hüquqi dəstək göstərən “Sığortanın Mühafizəsi və Risklərin İdarə Edilməsi Agentliyi”nə rəhbərlik edirdi.
Qeyd edək ki, İrina Qriqoryevna Sirenko 1996-cı ildən sığorta bazarında çalışır. 1996-2003-cü illərdə “INGO Ukraine” Sığorta Şirkətində department direktoru və daha sonra həmin şirkətin idarə heyətinin üzvü olub. 2003-2006-cı illərdə “ASKA-Life İnsurance” şirkətinin İdarə Heyətinin sədr müavini, 2006-2013-cü illərdə isə “Providna” Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.
O, eyni zamanda 2013-2014-cü illərdə Kiyev Dövlət İqtisad Universitetində “Sığorta” kafedrasının dosenti olub.
İ.Sirenko 2013-cü ildən 2020-ci ilə qədər təsisçisi olduğu “Beynəlxalq Risk İdarəetmə İnstitutu"nun direktoru olub.