Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” şirkəti müəssisənin idarəetmə menecmentinin yenidən təşkili ilə bağlı qərar qəbul edib.
Fins.az Demokrat.az-a istinadən xəbər verir ki, şirkətin təsisçiləri tərəfindən qəbul edilən qərara əsasən, şirkətin menecmenti müasir korporativ idarəetmə tələblərinə uyğun bir şəkildə yenidən qurulacaqdır. “Baku Steel Company” şirkətinin baş direktoru vəzifəsi idarəçilik sahəsində təcrübəyə malik İbrahimov Kamal Mirsahib oğluna həvalə edilib.
Azərbaycanın ilk metallurgiya şirkəti olan “Baku Steel Company” metal məhsulların ən iri istehsalçısıdır və ölkəmizin qеyri-nеft sеktorunda böyük vеrgi ödəyicilərindən biridir. Hazırda şirkətimizin müssisələrində 1500-dək işçi heyəti çalışır.
Kamal İbrahimov yeni vəzifəsi ilə yanaşı "Qala Həyat" və "Qala Sığorta" şirkətinin Müşahidə Şurasının sədri vəzifəsini də icra edəcək.