“Atəşgah” sığorta şirkəti 2020-ci ilin yanvar-avqust ayları üzrə ödənişlərinin kəskin azalması ilə bağlı açıqlama edib.
"Atəşgah Həyat” sığorta şirkətinin idarə heyətinin sədrinin müavini Orxan Şirinli Fins.az-a bildirib.
Açıqlamada deyilir:
"İcbari Sığorta növləri üzrə (NVSMMİS) hazırda portfelimiz keçən ilin eyni dövrü ilə müqasidə 40% yaxın azalıb. Bu da öz növbəsində ödənişlərdə öz əksini tapır.
Pandemiya dövründə müvəqqəti olaraq hadisələrin azalması da təsir edən amillər arasındadır".
Qeyd edək ki, sığorta şirkətinin ötən ilin yarısı ilə müqayisədə ödənişləri 2 milyon 982 min manat və ya 21% azalıb.
Tuncay Türbəndəzadə