SIĞORTA

06 Oktyabr

Tanınmış sığorta ekspertinə yeni vəzifə verildi

Tanınmış sığorta eksperti Nicat Əlibəyli "Azərbaycan Sənaye Sığorta" ASC-dəki vəzifəsini tərk edib. 

Fins.az xəbər verir ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə  nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin 13 saylı regional idarəsinin sənədlər və müraciətlərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Mütəxəssis bu gündən vəzifəsinin icrasına başlayıb.

© Report