SIĞORTA

02 Oktyabr

Azərbaycanın sığorta bazarı 12%-dən çox artıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən cəmi 528 653 min manat həcmində sığorta haqqı yığılıb.

Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, hesabat dövründə şirkətlər tərəfindən 262 996 min manat həcmində ödəniş həyata keçirilib.

Hesabat əsasən, sığorta yığımları örtən ilin eyni dövrü ilə müqayisədə 12,5% artıb, ödənişlərdə isə 49,9% artım qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan Sığorta Assosiasiyasının proqnozlarına görə, bu ilin sonunda ölkənin sığorta bazarının ümumi yığımı 700-800 mln. manat təşkil edəcək.

© Report