"MEQA SIĞORTA" ASC Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat köçürüb.
"Vətən uğrunda şəhid olanlara Allahdan Rəhmət, yaralılara isə şəfa və tezliklə sağalmalarını arzulayırıq!", - şirkətin açıqlamasında bildirilir.
Qeyd edək ki, 2010-cu ildə təsis edilmiş "Meqa Sığorta" ASC, peşəkar yanaşma, yüksək etibarlılıq, xidmətlərin keyfiyyəti, fərdi və korporativ müştərilərə təklif olunan geniş çeşidli sığorta məhsulları, həmçinin, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi nəticəsində Azərbaycan sığorta bazarının liderlərindən biridir.