SIĞORTA

24 Sentyabr

Paşa Sığorta-nın Kasko məhsulunun ÖZƏLLİKLƏRİ

“PAŞA Sığorta” şirkəti yeni məhsulunu təqdim edir.

Fins.az xəbər verir ki, müştərilər üçün sərfəli olan bu məhsul Optimal KASKO adlanır. 

Məhsulun əsas üstünlüyü ondadır ki, sığorta haqqı digər KASKO məhsullarının sığorta haqqı ilə müqayisədə təxminən iki dəfə daha ucuzdur. Optimal KASKO-nun daha bir özəlliyi müştəriyə sığorta haqqı seçimindən asılı olaraq avtomobili qeyri-rəsmi və ya rəsmi servisdə təmir etmə imkanı da təqdim etməsidir. 

Müştəri avtomobilinə və büdcəsinə uyğun olaraq seçə biləcəyi 500 AZN və ya 900 AZN sığorta haqqı ilə avtomobilini avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma, soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti və təbii fəlakət kimi risklər qarşısında təminat altına almış olacaq.