SIĞORTA

24 Sentyabr

Azərbaycanda bank sığorta şirkətini məhkəməyə verdi

"Muğan Bank" ASC "Atəşgah Sığorta" ASC-ni məhkəməyə verib.

Fins.az xəbər verir ki, bank sığorta şirkətindən onlara vurduqları maddi ziyanın ödənilməsini tələb edib.

İlkin instansiya məhkəməsindən keçmiş işə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Məhkəmənin baxış iclası sentyabrın 29-u, saat 15:15-ə təyin olunub. Hakim Raqib Qurbanovdur.