SIĞORTA

24 Sentyabr

Ləğv prosesində olan sığorta şirkətinin səhmdarları TOPLAŞIR

Noyabrın 10-da, saat 11:00-da ləğv prosesində olan “Başak-İnam Sığorta" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Fins.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 206D ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin ləğvetmə balansının müzakirə olunması, maliyyə təsərrüfat fəaliyyətinin yoxlanmasına dair audit hesabatının dinlənilməsi və sair məsələlər daxildir.