Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən DİM-in əməkdaşlarının könüllü tibbi sığortasını həyata keçirəcək sığorta şirkəti müəyyən olunub.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən DİM-in əməkdaşlarının könüllü tibbi sığortasının satın alınması ilə əlaqədar elan edilmiş açıq tender barədə məlumat verilib.
Məlumata görə "ASC “Qala Sığorta” sığorta şirkəti sözügedən tenderdə qalib elan olunub.
Bildirilir ki, şirkətlə 17 sentyabr 2020-ci il tarixdə müvafiq satınalma müqaviləsi bağlanılıb.
Müəllif:Aynur Qəniyeva