SIĞORTA

21 Sentyabr

“Aqrar Sığorta" şirkətinin Müşahidə Şurasının tərkibi açıqlanıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin Müşahidə Şurasının tərkibini açıqlayıb.

Fins.az-ın məlumatına görə, Şuraya 6 nəfər daxildir.

Bunlar Hüseynli Vüqar Sabir oğlu, Sadıqov Fuad Həşim oğlu, Hidayətov Fərid Əlihüseyn oğlu, Abbaszadə Eldar Rafail oğlu, Nəsirli Anar Cavanşir oğlu və Səfərov Pərviz Mirrasim oğludur.

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ay yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14,3% payla 7 yerli sığorta şirkəti - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC-lərdir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Report