SIĞORTA

21 Sentyabr

ASA-nın sədri sığorta bazarını qiymətləndirib

“Bu gün dünyanın bir çox inkişaf etmiş ölkəsində sığortanın ÜDM-də payı əhəmiyyətli dərəcədə çoxdur. Azərbaycanda isə bu sektor yalnız son 10 ildə özünün inkişaf mərhələsinə qədəm qoyub”

Bunu Fins.az-a Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Azər Əliyev deyib.

Onun sözlərinə görə, sığorta sektoru risklərin bölüşdürülməsi mexanizmini həyata keçirən əsas sosial müdafiə mexanizmidir.

“Sığorta fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericiliyin aktiv tətbiqi ilə bu sahə yenidən formalaşdı. Və məhz 2011-ci ildən etibarən Azərbaycanın sığorta bazarının inkişaf trayektoriyası sürətlə genişlənir. Sığorta şirkətləri müasir dövrün tələbləri ilə uyğunlaşmağa çalışırlar. Sadə bir misal olaraq deyə bilərəm ki, əgər bir neçə il əvvəl sığorta müqaviləsinin bağlanması günlərlə vaxt aparırdısa, artıq indiki vəziyyətdə sığorta məhsulları ilə bağlı elektron xidmətlər də göstərilir. Doğrudur, Azərbaycanın sığorta bazarının potensialı genişdir. Sadəcə təəssüf ki, bazar iştirakçıları bu potensialdan tam və əhatəli şəkildə istifadə edə bilmir. Bu da müəyyən problemlərlə bağlıdır”