SIĞORTA

18 Sentyabr

Azər Əliyev sığorta əməliyyatlarında tərəflər arasındakı anlaşılmazlığın səbəbini AÇIQLADI

“Əgər vətəndaş əldə etdiyi məhsulun onu hansı risklərdən sığortaladığı barədə, eyni zamanda hadisə baş verdikdə və ya hadisədən sonra sənədləşmə zamanı nə etməli olduğunu bilmədiyi təqdirdə ortaya problemlər çıxır”

Fins.az xəbər verir bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Azər Əliyev deyib.

“Məlumatlandırma işinin təşkilində sığorta şirkətlərinin də üzərinə böyük məsuliyyət düşür. Bəzən satış fəaliyyəti həyata keçirən əməkdaş satışı dərhal yekunlaşdırmaq üçün müqavilənin şərtlərini və məhsulun xüsusiyyətlərini tam izah etmir, bəzən isə müştəri işini dərhal yekunlaşdırmaq üçün əməkdaşı sona qədər dinləmir. Bu da növbəti mərhələdə tərəflər arasında anlaşılmazlıqlar yaradır”