Ləğv prosesində olan “Standard İnsurance” Sığorta Şirkəti ASC kreditorlarına müraciət edib.
Fins.az xəbər verir ki, müraciətdə deyilir ki, kreditorlar 60 gün ərzində tələblərini qurumun ləğvedicisinə yazılı şəkildə təqdim edə bilərlər.
Xatırladaq ki, Bakı Kommersiya Məhkəməsi bu il iyulun 29-da "Standard Insurance"in müflis elan edilməsi ilə bağlı qətnamə qəbul edib, həmin məhkəmənin 17 avqust tarixli qərarı ilə isə Ləğvetmə Komisiyasının tərkibi müəyyən olunub.