SIĞORTA

08 Sentyabr

Kranın əzdiyi maşınların və ölən sürücünün sığortasını kim ödəyəcək?

Bakının Nərimanov rayonunda kranın aşması nəticəsində 6 avtomobil yararsız hala düşüb, kranın sürücüsü isə vəfat edib. Bəs bu hadisəyə görə həm həyat sığortası, həm də avtomobillərə dəyən ziyana görə hansı sığorta ödənişləri edilməlidir və ödənişi kim etməlidir?

Sığorta eksperti İlkin İbrahimov Fins.az-a bildirib ki, kranın aşması ilə baş verən hadisə nəticəsində həm həlak olan “Kran Group”un işçisi Elvin Cəfərova, həm də hadisə nəticəsində zərər çəkmiş şəxslərə sığorta ödənişləri verilə bilər:

“Belə ki, ölkəmizdə məcburi tətbiq edilən 2 növ sığorta məhsulu vardır ki, “Kran Group” şirkəti bu sığorta məhsullarını mütləq əldə etməli idil. Şirkət bütün işçilərini həyat sığortası ilə, yəni istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü ilə sığortalamalıdır. Digər tərəfdən bədbəxt hadisə nəticəsində avtomobillərə və digər əmlaklara dəyən ziyana görə isə “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növü üzrə” sığorta məhsulları mövcuddur. Hesab edirəm ki, sığorta qanunvericiliyinə əsasən hər 2 növ sığorta məhsulu üzrə sığorta ödənişləri ödənməlidir. Bu növ sığorta icbari (məcburi) olduğundan həyat sığortasına nəzarəti Əmək müfəttişliyi, Mülki məsuliyyətlə bağlı sığortaya nəzarəti isə Fövqəladə Hallar Nazirliyi edir. Həyat sığortasını “Kran Grup”, Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasını isə tikinti aparan inşaat şirkəti etməlidir”.

Buna da bax: Kranın aşması nəticəsində yaranan sığorta hadisəsi ilə bağlı ASA-dan AÇIQLAMA

Kranın aşması nəticəsində ziyan çəkən avtomobillərin sığortasını kim ödəyəcək?