SIĞORTA

03 Sentyabr

"Azərbaycan Sığortaçılar Assosiasiyası"nda yeni təyinat olub

Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) yeni təyinat olub.

ASA-dan verilən məlumata görə, jurnalist Məmməd Ağayev Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

O, bu vəzifəyə təyin olunana qədər “ARB 24” televiziya kanalında “Sığorta vaxtı” verilişinin layihə redaktoru olub.

Qeyd edək ki, M.Ağayev Azər Türk Bank-ın mətbuat katibi Rauf Ağayevin oğludur.