SIĞORTA

01 Sentyabr

Azərbaycanda 12 sığorta şirkətinin ödənişləri ARTIB

Bu ilin yanvar-iyul aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 12-nin ödənişləri illik müqayisədə artıb. 8-nin isə ödənişləri azalıb. "Xalq Həyat Sığorta" sığorta şirkəti son 1 ildə ödəniş etmədiyi üçün ödənişlərində dinamika qeydə alınmayıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı hesabatda qeyd olunub.

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Amrah Sığorta"dır. Bu şirkət 7 ayda 8 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 6,2 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Qala Sığorta"dır. Bu şirkətin ödənişləri 1 milyon 773 min manat təşkil edib ki, bu da illik müqayisədə 1,8% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Bakı Sığorta"dır. Bu şirkət 7 ay ərzində 157 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 0,2% azdır.

Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "AXA Mbask" Sığorta Şirkəti ASC-dədir. Bu şirkətin ödənişləri 88,7% azalaraq 488 min manata düşüb.