SIĞORTA

28 Avqust

Azərbaycanda könüllü sığorta 14%, icbari sığorta isə 4% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 325,034 milyon manat sığorta haqqı toplanılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% çoxdur.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 3,7% artaraq 142,449 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 187,808 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 70,75% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 20,7% azalaraq 35,388 milyon manata düşüb.

Beləliklə, 2020-ci ilin yanvar-iyul aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 57,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ilin yanvar-iyul aylarında 38,5 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 32,5 manatdan 24,85 manata düşüb.