SIĞORTA

28 Avqust

Azərbaycanda avtomobillərin könüllü sığortası artıb, icbari sığortası azalıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 49 715,7 min manat sığorta haqqı yığılıb.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu müddətdə eyni sığorta növü üzrə 29 065,9 min manatlıq ödəniş həyata keçirilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 15%, ödənişlər 22% azalıb.

Hesabat əsasən, bu ilin yanvar-iyul ayları ərzində avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə 22 977,6 min manat sığorta haqqı yığılıb, 7 172,8 min manat ödəniş edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə yığımlarda 19%, ödənişlərdə isə 6% artım deməkdir.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında bütün sığorta növləri üzrə cəmi yığımlar 467 482,7 min manat (illik 11%-lik artım), ödənişləri 223 196 min manat (illik 44%-lik artım) təşkil edib.