Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərinin, nağd pulunun və nəqliyyat vasitələrinin sığortalanması üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 200 manatdır.
İddiaçılar ilkin sənədləri sentyabrın 15-i, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 24-ü, saat 11:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim edə bilərlər.
Tenderin nəticəsi sentyabrın 24-də, saat 12:00-da portalda açıqlanacaq.