SIĞORTA

26 Avqust

Bu sığorta şirkətində növbədənkənar yığıncaq keçiriləcək

“Azərbaycan Sənaye Sığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Fins.az xəbər verir ki, yığıncaq 28 sentyabr 2020-ci il saat 11.00-da ASC-nin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi 122 ünvanında yerləşən ofisində baş tutacaq. 

Növbədənkənar ümumi yığıncağın gündəliyindəki məsələ “Azərbaycan Sənaye Sığorta” ASC-nin təftiş komissiyasının tərkibində dəyişiklik edilməsi məsələsinin müzakirəsidir.