SIĞORTA

26 Avqust

Azərbaycan Sənaye Sığorta şirkətində yeni SƏDR

“Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasına yeni sədr təyin edilib.

Fins.az-ın məlumatına görə, şuranın yeni sədri Rafiq Vəli oğlu Şahverdiyev olub.  

Daha əvvəl isə bu vəzifədə koronavirus yoluxmasından sonra vəfat edən Doğan Niyazi oğlu Tandoğan idi. 

D.Tandoğan həmçinin ASB Bank-ın İdarə Heyəti sədri idi.

Qeyd edək ki, 28 sentyabr 2020-ci il  tarixində “Azərbaycan Sənaye Sığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.