SIĞORTA

19 Avqust

“Meqa Sığorta” bölüşdürülməmiş mənfəətindən işçilərinə pul ayıracaq

“Meqa Sığorta” ASC-nin 2019-cu il üzrə bölüşdürülməmiş mənfəətinin 10%-i qədər istehlak fondu yaradılıb.

Fins.az xəbər verir ki, bununla bağlı qərar şirkətin səhmdarlarının bu il iyunun 10-da keçirilmiş ənənəvi illik yığıncağında qəbul edilib.

Fondun vəsaiti sosial vəziyyətin inkişafı üçün tədbirlərin həyata keçirilməsinə və “Meqa Sığorta”nın işçilərinin maddi baxımdan həvəsləndirilməsinə yönəldiləcək.