SIĞORTA

19 Avqust

Mərkəzi və Şərqi Avropanın sığorta bazarı 10 milyard avroya qədər ARTIB

Mərkəzi və Şərqi Avropada sığorta bazarında 2020-ci ilin yanvar-mart ayları olduqca sabit keçib.

Fins.az xəbər verir ki, martın ikinci yarısından bəri əksər bazarlara təsir göstərən koronavirus pandemiyası böhranının başlamasına baxmayaraq, ümumi sığorta yığımı 9.95 milyard avro səviyyəsində sabit qaldı (keçən ilin eyni dövrü ilə müqayisədə cəmi 0.26% artım qeyd olundu).

Birinci rübün nəticələrinə görə, itkilərdən yox, açıq-aşkar buraxılan inkişaf imkanlarından danışmaq olar. Sözügedən dövr ərzində yalnız dörd bazar mənfi dinamika göstərib: Albaniya, Estoniya, Macarıstan və Polşa. Bununla beləə, bütün digər bazarlarda ümumi yığımlardakı müsbət dinamika yuxarıda göstərilən dörd bazarın 180 milyon avro dəyərindəki məcmu mənfi nəticəsini tamamilə qapada bilib.

Əslində Polşa və Macarıstan birlikdə itirilən yığımların təxminən 97%-ni təşkil edib. Hər iki bazarda böhrandan ən çox təsirlənən həyat sığortası və avtomobil sığortası olub.

Tuncay Türbəndəzadə