SIĞORTA

17 Avqust

PAŞA Sığortadan KASKO sığortası olanlara, könüllü əmlak sığortası üzrə 20% endirim təklifi

Müştərilər üçün müxtəlif sığorta növləri üzrə sərfəli qiymət və ödəniş şərtləri təklif edən PAŞA Sığorta endirimlərə davam edir. PAŞA Sığorta şirkətində avtomobil üzrə KASKO sığortası olan müştərilərimiz artıq könüllü əmlak sığortasını 20% endirimlə əldə edə biləcək.

Qeyd edək ki, müştərilərimiz güzəşt çərçivəsində şirkətimiz tərəfindən təqdim edilən könüllü əmlak sığortası məhsullarına daxil olan paketlərdən birini seçərək endirimdən yararlana bilər. Bildirmək istərdik ki, KASKO sığortasına sahib olan müştərinin birinci dərəcəli ailə üzvləri də əmlak sığortası üzrə təklif edilən endirimdən faydalana bilər. Müştərilərimiz endirimdən faydalanmaqla yanaşı, hissəli ödəniş imkanından da yararlana bilər.

Könüllü əmlak sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, PAŞA Sığorta şirkətinin rəsmi Facebook və Instagram səhifələri vasitəsilə, kampaniya haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.