"Günay Sığorta" ASC bu ilin 1-ci yarısını 630 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 439 min manat mənfəətlə çıxmışdı.
2020-ci ilin anvar-iyun aylarında "Günay Sığorta"nın gəlirləri 4 milyon 712 min manat (illik müqayisədə 56,45% çox), xərcləri 3 milyon 925 min manat (52,55% çox), mənfəət vergisi ödəmələri isə 157 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.
Bu il iyulun 1-nə "Günay Sığorta"nın aktivləri 14 milyon 479 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,45% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 25% artaraq 4 milyon 977 min manata, balans kapitalı isə 2,1% artaraq 8 milyon 502 min manata çatıb.