SIĞORTA

05 Avqust

Azərbaycanda sığorta ödənişlərinin 84%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyata keçirilmiş 184,843 milyon manat sığorta ödənişinin 155,586 milyon manatı və yaxud 84,2%-i 5 sığorta şirkətinin payına düşüb.

Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (91,595 milyon manat), "PAŞA Sığorta" (31,642 milyon manat), "Atəşgah Həyat Sığorta" (16,202 milyon manat), “Xalq Sığorta” (8,195 milyon manat) və "Atəşgah Sığorta" (7,952 milyon manat) ASC-lərdir.

6 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (4 min manat), "Bakı Sığorta" (120 min manat), "Rəvan Sığorta" (235 min manat) və “Amrah Sığorta” (401 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 760 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.

Qalan 11 sığorta şirkətinin ümumi ödənişləri isə 28,497 milyon manat (15,4%) təşkil edib.

(c)Renkinq