Bu ilin yanvar-iyun aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 13-nün ödənişləri illik müqayisədə artıb, 7-nin ödənişləri azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) isə son 1 ildə ödəniş etmədiyi üçün onun ödənişlərində dinamika qeydə alınmayıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət 5 ayda 401 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 4 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Qala Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 1,518 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4,5% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Azərbaycan Sənaye Sığorta" ASC-dədir. Bu şirkət 6 ay ərzində 939 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 6,8% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "AXA Mbask" Sığorta Şirkəti ASC-dədir. Bu şirkətin ödənişləri 88,8% azalaraq 415 min manata düşüb.
(c)Renkinq