SIĞORTA

29 İyul

Aqrar sığortanın fermerlərə hansı faydası olacaq? - AÇIQLAMA

Ölkəmizdə bu ildən fermerlər aqrar sığorta ala biləcəklər.

Fins.az sözügedən sığorta növünün faydaları ilə bağlı Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqovun fikirlərini təqdim edir.

“Qısa şəkildə desək, aqrar sığorta fermerlərin və təsərrüfat sahiblərinin məhsullarını və gəlirlərini qoruyacaq. Burada bir məqamı qeyd edim ki, Aqrar Sığorta Fondu kommersiya təşkilatı olmadığından onun işi mənfəət əldə etmək deyil, fermerlərin məhsullarını və qazanclarını qorumaqdır. Bu da imkan verəcək ki, fermerlər bu sahədə uzun müddət və rahat fəaliyyət göstərə bilsinlər”.