SIĞORTA

28 İyul

Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir

Azərbaycan Mərkəzi Bankı əməkdaşlarının tibbi sığortalanması üçün açıq tender elan edib.

Fins.az xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri avqustun 19-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 28-nə qədər dövlət satınalmalarının vahid elektron portalı vasitəsilə təqdim edə bilərlər.

Nəticələr avqustun 28-da, saat 15:00-da portalda açıqlanacaq. Xidmətin göstərilməsinə bu il noyabrın 27-dən başlanılmalıdır.