SIĞORTA

28 İyul

Azərbaycanda sığorta haqlarının böyük hissəsi bu şirkətlərin payına düşür

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda toplanılmış 400,959 milyon manat sığorta haqqının 312,825 milyon manatı və yaxud 78%-i 5 sığorta şirkətinin payına düşüb.

Fins.az xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (132,82 milyon manat), "PAŞA Sığorta" (100,212 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta", 39,462 milyon manat), eləcə də “Atəşgah Həyat Sığorta” (21,249 milyon manat) və "Qala Sığorta" (19,082 milyon manat) ASC-lərdir.

6 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "AXA MBask" (5 min manat), "Naxçıvan Sığorta" (624 min manat) və "Bakı Sığorta” (729 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,358 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,3%-i deməkdir.

Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 86,776 milyon manat (21,6%) təşkil edib.