SIĞORTA

27 İyul

PAŞA Həyat müştəriləri üçün rəqəmsal yenilik!

"PAŞA Həyat” Həyatın Yaşam Sığortası məhsulu üzrə şəxsi kabinetin tamamilə yenilənmiş versiyasını müştərilərinə təqdim edib.

Artıq “PAŞA Həyat”ın xidmətlərindən evdən çıxmadan istifadə etmək mümkündür. Müştərilər öz hesablarını istədikləri kimi tənzimləmək, o cümlədən cari müqavilələri idarə etmək, yeni müqavilələr yaratmaq, kredit üçün müraciət etmək, valyuta konvertasiyası etmək, sığorta ödənişini almaq və digər əməliyyatları onlayn qaydada həyata keçirmək imkanı əldə etmişlər.

Yenilənmiş şəxsi kabinetin dizaynı da daha müasir, intuitiv və erqonomik olmaqla müştərilərin rəy və istəkləri əsasında tərtib olunub.

mylife.az veb-saytına daxil olmaqla yenilənmiş şəxsi kabinetdən istifadə edə bilərsiniz.

İstifadəçilər yeni şəxsi kabinetə alışana qədər müvəqqəti olaraq köhnə dizaynlı şəxsi kabinetdən istifadə etmək imkanına sahib olacaqlar.