PAŞA Sığorta daha keyfiyyətli və mükəmməl xidmət üçün müştərilərin sığorta ödənişlərini BirBank mobil əlavəsi vasitəsilə həyata keçirilməsini təmin etdi.
Rəqəmsal həllərə dəyər verən və müştəri rahatlığının ön planda olmasına diqqət edən PAŞA Sığorta şirkəti müştərilərinə yeni rahatlıq təqdim edir. Belə ki, PAŞA Sığorta müştəriləri artıq öz icbari və könüllü avtomobil, əmlak eyni zamanda səyahət sığortası haqqını BirBank mobil əlavəsi vasitəsilə bir toxunuşda rahatlıqla ödəyə biləcək. Müştərilər sadəcə şəhadətnamənin seriyasını və nömrəsini, şəhadətnamənin buraxılış ilini və kart məlumatlarını mobil applikasiyaya əlavə edərək evdən çıxmadan, istənilən saatda ödənişlərini həyata keçirə bilər.
Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
PAŞA Sığorta - Rahatlığınıza Zəmanət!