SIĞORTA

24 İyul

Azərbaycan sığorta bazarının lider şirkətləri

Sığorta şirkətlərinin 2020-ci ilin yanvar-iyun ayları üzrə hesablanmış sığorta ödənişlərihaqlarının siyahısı açıqlanıb.

Fins.az-ın məlumatına görə, həm ödənişlərə, həm də yığımlara görə eyni iki şirkət ilk yerləri bölüşür. Bunlar “Paşa Həyat Sığorta” və “Paşa sığorta” şirkətləridir.

“Paşa Həyat” sığorta şirkəti 91 milyon 596 min manat,  “Paşa Sığorta” şirkəti isə 31 milyon 642 min manat ödəniş edib.

Sözügedən şirkətlərin yığımları isə müvafiq olaraq, 132 milyon 820 min manat və 100 milyon 212 min manat təşkil edib.   

Tuncay Türbəndəzadə