Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən cəmi 400 959 min manat həcmində sığorta haqqı yığılıb.
Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, hesabat dövründə şirkətlər tərəfindən 184 843 min manat həcmində ödəniş həyata keçirilib. Sığorta yığımları örtən ilin eyni dövrü ilə müqayisədə 11% artıb, ödənişlərdə isə 55,2%-lik artım qeydə alınıb.