Avqustun 11-də, saat 11:00-da "Atasığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Fins.az xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanında olacaq.
Yığıncağın gündəliyionə "Atasığorta"nın İdarə Heyətinin üzvünün səlahiyyət müddətinin artırılması, Təftiş Komissiyasının seçilməsi, İnvestisiya siyasətinin və İnvestisiya Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi, 2020-2023-cü illər üzrə Strateji Planının təsdiq olunması, Bonus və Mükafatlandırma Komissiyasının yaradılması və Əsasnaməsinin təsdiq edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.