SIĞORTA

09 İyul

Daşınmaz əmlakın icbari sığortasında ENİŞ

2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayına qədər daşınmaz əmlakın icbari sığortası məhsulunda 2019-cu illə müqayəsədə 94% artım aydın şəkildə nəzərə çarpırdı. Lakin pandemiya şəraiti sığorta şirkətlərinin fəaliyyətlərinin fərqli istiqamətdə dəyişdirilməsinə səbəb oldu.

Nəticədə daşınmaz əmlakın icbari sığortası üzrə satış digər aylara nisbətən kəskin şəkildə azaldı. Bu da öz növbəsində qeyd edilən dövr ərzində yığımlara təsir göstərdi. İnsanların izolasiya qaydalarına uyğun olaraq bu müddəti evlərində keçirməsi hadisələrin sayının artmasına səbəb oldu, nəticədə aprel-may ayları üzrə ödənişlərdə ötən ilin eyni dövrü ilə müqayisədə 7% artım müşahidə edildi.

Ödənişlərin əksinə analoji dövr üzrə yığımlarda ötən ilin eyni dövrü ilə müqayisədə 26% azalma özünü göstərdi.