SIĞORTA

09 İyul

Aqrar sığorta sahəsində ARTIM

2020-ci ilin əvvəlindən etbarən Aqrar sığorta haqqında qanunun tətbiqinə başlanıldı və bu sahədə mühüm addımlar atıldı. İlk olaraq Aqrar Sığorta Fondu yaradıldı və onun fəaliyyət mexanizmi quruldu.

Fins.az xəbər verir ki, artan təbii fəlakətlər və digər risklər kənd təsərrüfatı ilə məşğul olan və qazancını bu sahədən əldə edən şəxslərə çətinliklər yaradırdı. Aqrar sığorta fermerlərin təbii fəlakətlərdən və ya digər səbəblərdən yaranacaq itkilərinin qarşılanması və gəlirlərinin qorunması üçün bir mexanizmdir. Lakin fermerlərin sığorta və onun qarşıladığı zərərlər haqqında tam məlumatının olmaması sığortanın bu növünün inkişafına mane olan ən mühüm səbəb idi. Bu səbəbdən ilk olaraq fermerlərdə sığortaya olan marağın və sığorta mədəniyyətinin artırılması istiqamətində müəyyən addımlar atıldı.  

Nəticədə 2020-ci ilin ilk 5 ayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə “kənd təsərrüfatı heyvanlarının sığortası” üzrə yığımlarda 127%, “kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası” üzrə isə 7 dəfəyə qədər artım müşahidə edildi.