Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortasına maraq kəskin artır.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, ilin ilk 5 ayında əmlak sığortası üzrə yığımlar 56 milyon 847,1 min manata çatıb.
Ötən ilin müvafiq dövründə isə əmlak sığortası üzrə yığımlar 53 milyon 557 min manat təşkil edib.
Bu ilin yanvar-may ayları ərzində əmlakın yanğından və digər risklərdən sığortası üzrə sığorta şirkətlərinin yığımları 15 mln 479,2 min manat təşkil edib. Bu, yanvar-aprel ayları ilə müqayisədə 3 mln. 295,1 min manat və 27% çoxdur.
Ötən ilin eyni dövrü ilə müqayisə etsək, ölkədə əmlakın yanğından və digər risklərdən sığortası üzrə daxilolmalar 2,607 mln. manat və ya 14% azalıb.
2020-ci ilin yanvar-may aylarında əmlakın yanğından və digər risklərdən sığortası üzrə 1 mln. 081,2 min manatlıq ödəniş həyata keçirilib. Bu, yanvar-aprel aylarındakı göstəricidən 132,8 min manat və ya 14% çox, 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 15,4 min manat və ya 1,4% azdır.