“Naxçıvan Sığorta” ASC nizamnamə kapitalını 599 144,7 manat və yaxud 10,9% artıraraq 5 500 000 manatdan 6 099 144,7 manata çatdırıb.
Fins.az xəbər evrir ki, bu barədə şirkətin İdarə Heyətinin sədri vəzifəsini icra edən Tural Ələkbərov məlumat verib.
Onun sözlərinə görə, kapital artımı rəhbərlik etdiyi maliyyə qurumunun indiyə qədərki bölüşdürülməmiş mənfəəti hesabına baş tutub.
Xatırladaq ki, "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100% "Naxçıvan Bank" ASC-dir. Report