SIĞORTA

29 İyun

Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası 18% azalıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən  avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 31 270,9 min manat həcmində sığorta haqqı yığılıb.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu müddətdə eyniadlı sığorta növü üzrə şirkətlər tərəfindən 21 315 min manat ödəniş həyata keçirilib. Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 17,8%, ödənişlər isə 15,4% azalıb.

Bu müddətdə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə 17 400,5 min manat yığım, 5 155,1 min manat həcmində ödəniş həyata keçirilib. Bu da, öz növbəsində, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 40,8% və 13,3% artım deməkdir.