Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə 69 729,7 min manat sığorta haqqı toplanıb.
Fins.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, tibbi sığorta üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 9,3% artıb.
Eyni zamanda, şirkətlər tərəfindən hesabat dövründə 30 885,7 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,8% çoxdur.